Rusiya əks-kəşfiyyatının Bryanskda xüsusi əməliyyatı | VIDEO
Rusiyanın Bryansk vilayətində sərhədçilər Rusiya Milli Qvardiyası və polislə birlikdə nəqliyyat obyektlərində terror aktları planlaşdıran Ukrayna təxribat-kəşfiyyat qrupunu (TKQ) saxlayıb.
“Saxlanılan zaman təhlükəsizlik qüvvələri tərəfindən 6 tüfəng, 16 kiloqram partlayıcı maddə, qumbara və patron, həmçinin BKİ rəhbərliyi ilə əlaqə saxlamaq üçün radiostansiya aşkar edilərək götürülüb. Saxlanılan şəxslər 2024-cü ilin sentyabrında Belqorod vilayətinin Novoskolski rayonunda dəmir yolunun partladılmasında və digər terror aktlarının hazırlanmasında iştirak etdiklərini etiraf ediblər”, - məlumatda vurğulanır.
Rusiya əks-kəşfiyyatının iddiasına görə, TKQ-nin üzvləri “Qərb kəşfiyyatçılarının iştirakı ilə” Ukraynada, həmçinin Litva, Estoniya və Norveçdə təlim keçiblər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


